Bank Of Baku

Marneulinin içməli su ilə təchiz olunması problemi həll olunur

Marneulinin içməli su ilə təchiz olunması problemi həll olunur
# 11 yanvar 2012 03:39 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA.Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kolagir kəndində olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov məlumat verib. Onun sözlərinə görə, nazirlə birlikdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakimiyyəti başçısı Zaza Dekonoidze, Marneuli Su Təchizatı İdarəsinin direktoru İrakli Kveşilava və digər rəsmi şəxslər Xram çayının sahilindəki su çənindən Marneuli şəhərinə verilən içməli suyun keyfiyyəti və Marneuli şəhərinə çəkilməkdə olan su xəttinin vəziyyəti ilə tanış olublar.
Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov APA-ya açıqlamasında Mürneulinin əsas küçəsi olan Rustaveli küçəsi boyu içməli su borularının çəkilişinin həyata keçirildiyini bildirib. “Son illər içməli su problemi Marneuli sakinlərini çox narahat edirdi. Ən başlıca problemlərdən biri olan içməli su çəkilişinə bir neçə aydır ki, start verilib. Şəhərdə köhnə su boruları Avropa İnvestisiya Bankının maliyyə dəstəyi ilə əvəz edilir. Layihəni Marneuli Su Təchizatı İdarəsi həyata keçirir və layihə çərçivəsində bir su nasosunun tikintisi başlanıb, drenaj sistemi yaradılır, eyni zamanda 600 kubmetr su tutumu olan çənin tikintisi də nəzərdə tutulub. Bütün bunların tikintisindən sonra Mürneuli şəhəri gündəlik 7-8 saat ərzində təmiz və keyfiyyətli içməli su ilə təchiz olunacaqlar.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR