Bank Of Baku

Amerikalı senatorlar Avropa Birliyini İrana qarşı neft embarqosu tətbiq etməyə çağırıblar

Amerikalı senatorlar Avropa Birliyini İrana qarşı neft embarqosu tətbiq etməyə çağırıblar
# 11 yanvar 2012 14:09 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. ABŞ Senatının bir qrup üzvü Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik üzrə komissarı Ketrin Eştona müraciət edib. APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, müraciətdə senatorlar AB-ni İrana qarşı neft embarqosunu nəzərdə tutan qərar layihəsini tezliklə qəbul etməyə çağırıblar. Müraciətdə AB-nin İran Milli Bankına qarşı sanksiyalar tətbiq etməsi də xahiş edilib.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinə idxal olunan neftin 5,8%-i İranın payına düşür. İran neftinin əsas alıcıları Yunanıstan, İtaliya və İspaniyadır. Yanvarın 23-də AB xarici işlər nazirlərinin İran neftinin idxalına qadağa qoyulması mövzusunda görüşü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR