Bank Of Baku

Viktoriya Nuland: Türkiyə İrana sanksiya tətbiq etməyin yollarını axtarır

Viktoriya Nuland: Türkiyə İrana sanksiya tətbiq etməyin yollarını axtarır
# 12 yanvar 2012 00:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ və Türkiyə İranın mübahisəli nüvə proqramı məsələsində beynəlxalq öhdəlikləri yerinə yetirməsi məsələsində eyni strateji mövqeyi bölüşür”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Victoriya Nuland bildirib. Onun sözlərinə görə, ABŞ İrandakı vəziyyətlə bağlı aylardır Türkiyə hökuməti ilə bütün səviyyələrdə danışıqlar aparır: “Türkiyə İrana sanksiya tətbiq etmək üçün nələr edə biləcəyini araşdırır. Amma bu ölkələr qonşudurlar və ticarət münasibətləri var”. Viktoriya Nuland ABŞ-ın İran ilə hər zaman görüşməyə hazır olduğunu da deyib: “İran “altılıq”la görüşmələrə başlamaq istədiyini vurğulayıb, ancaq hələ 5+1 ölkələrinin təklifinə yazılı bir cavab verməyib. Biz İrandan ciddi addım atmasını gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR