Bank Of Baku

Slovakiya: «Avrozona bəzi üzvlərin qovulması barədə düşünməlidir»

Slovakiya: «Avrozona bəzi üzvlərin qovulması barədə düşünməlidir»
# 12 yanvar 2012 21:57 (UTC +04:00)
Bakı-APA. Avrozonaya daxil olan ölkələrin hökumətləri vahid Avropa valyutasının xilas edilməsi üçün bütün variantları, o cümlədən bəzi ölkələrin çıxarılmasını nəzərdən keçirməlidirlər. Slovakiyanın maliyyə naziri İvan Mikloş bu fikirdədir.

«Avrozonanı Yunanıstanın xilas edilməsinə əlavə xərc çəkmədən xilas etsəydilər ideal olardı. Məsələ avrozonanın hazırkı tərkibdə saxlan bilinib-bilinməyəcəyindən asılıdır», deyə nazir bəyan edib.

Mikloş Slovakiyanın mövqeyini «məsələlərə real baxış» adlandırıb.

«Məsələ bizim daha çox pul vermək istəyib-istəməməyimizdə deyil. Məsələ ondadır ki, Yunanıstandan dövlət büdcəsini və borcunu azaltmağı gözləmək real deyil», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR