Bank Of Baku

Ketrin Eşton: İrana qarşı sanksiyalar sərtləşdiriləcək

Ketrin Eşton: İrana qarşı sanksiyalar sərtləşdiriləcək
# 13 yanvar 2012 00:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton İrana qarşı hərbi əməliyyatların keçiriləcəyini təkzib edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la Türkiyədə danışıqların razılaşdırıldığı bir ərəfədə bu ölkəyə qarşı yalnız sanksiyaların sərtləşdirilə biləcəyini bildirib: “Bu gün heç kim hərbi əməliyyatların başlamasından danışmır. Sadəcə İranı beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün sanksiyaları sərtləşdirməklə təzyiq altında saxlamağa çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR