Bank Of Baku

Gürcüstan və Türkiyə arasında yeni sərhəd-buraxılış məntəqəsi yaradılır

Gürcüstan və Türkiyə arasında yeni sərhəd-buraxılış məntəqəsi yaradılır
# 13 yanvar 2012 17:01 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstan Türkiyənin vasitəsilə Avropa dəmir yolu ilə əlaqə yaradacaq, çünki Türkiyə bizim üçün Avropaya açılan pəncərədir. 2013-cü ildə Avropa ilə daimi dəmir yolu əlaqəsi başlanacaq. Regionda istifadəyə veriləcək müasir dəmir yolu olan Bakı-Tiflis-Qars-Axalkələk böyük geosiyasi sıçrayış olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

Hər iki ölkə lideri birgə əməkdaşlığa aid bir çox məsələləri müzakirə ediblər. Gürcüstan prezidenti görüşdə son bir neçə ildə Türkiyənin böyük əhəmiyyətə malik ölkə və regional lider olduğunu deyib.

Həmin gün iki ölkə arasında yeni sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə məsələ də müzakirə olunub. “Əvvəllər bizi dəmir pərdələr ayırırdı. İndi bizim vizasız və pasportsuz əlaqələrimiz var. Minlərlə və hərdən on minlərlə Türkiyə və Gürcüstan vətəndaşları pasportsuz Gürcüstan-Türkiyə sərhədini keçir. Biz Maradid və Maçaxela dərəsində yeni əlavə sərhəd buraxılış məntəqəsi açmaq barədə razılığa gəlmişik, Sarpidə böyük sərhəd məntəqəsi tikmişik və Türkiyə tərəfdə də bu məntəqəni genişləndirməyin üzərində işləyirik ki, vətəndaşlarımız burada növbəyə dayanmasınlar” - deyə Gürcüstan prezidenti bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR