Bank Of Baku

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaş vəfat edib

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaş vəfat edib
# 13 yanvar 2012 21:23 (UTC +04:00)
Dünən səhər saatlarında komaya düşən Denktaş daxili orqanlarındakı problemlərdən əziyyət çəkirdi.

Rauf Raif Denktaş 1924-cü il oktyabrın 24-də Kiprdə anadan olub. Hələ uşaq ikən anasını itirən Denktaşı nənələri böyüdüb. 1930-cu ildən İstanbulun Fevzi Ati liseyində təhsil almağa başlayıb, lakin təhsilini Kiprdə başa vurub. İkinci Dünya Müharibəsindən sonra İngiltərəyə gedərək hüquq təhsili alıb. Məzun olduqdan sonra Kiprdə vəkil işləməyə başlayıb.

1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. O vaxtdan Kipr türklərinin hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin rəhbəri seçilib. 1973-cü ilə kimi Kipr prezidentinin müavini və Kipr Türk İdarəetməsinin rəhbəri vəzifələrini icra edib. 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövləti elan olunduqdan sonra dövlət və parlament rəhbəri vəzifələrini icra edən Rauf Denktaş 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib. Həmin seçkilərdə Mehmet Əli Tələt qalib gəlib.

Rauf Denktaş siyasətçi olmaqla yanaşı həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən ŞKTC-nin ilk prezidenti “Yeniçağ” qzəetində köşə yazıları yazır və “Avrasiya” telekanalında (ART) “Denktaşın gündəmi” adlı veriliş aparırdı.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR