Bank Of Baku

İtaliya sahillərində laynerin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var

İtaliya sahillərində laynerin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var
# 14 yanvar 2012 08:07 (UTC +04:00)
Bakı-APA. “Kosta Konkordiya” kruiz laynerinin İtaliya sahillərin yaxınlığında qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. APA-nın məlumatına görə, qəzaya uğrayan gəminin göyərtəsində 4 mindən çox adam olub. Onların 3200 nəfəri sərnişin, qalanları isə ekipaj üzvləridir. Gəmidəki insanların əksəriyyəti İtaliya Sahil Mühafizəsi tərəfindən xilas olunub, lakin 200-dək insan gəmini tərk edə bilməyib. Sərnişinlər və heyətin evakuasiyasında vertolyotlar və yaxınlıqdakı gəmilər də iştirak edib. Qəza zamanı bir neçə nəfər itkin düşüb, 30-dan artıq insan müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, hadisə bu gecə Cilio adası yaxınlığında baş verib. Aralıq dənizində səyahət turu həyata keçirən “Kosta Konkordiya”nın məxsus olduğu şirkət qəzanın səbəblərini açıqlamaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR