Bank Of Baku

Dənizçilərin Somali quldurlarından azad edilməsi danışıqlarına rəhbərlik edən Gürcüstan rəsmisinin səhhəti pisləşib

Dənizçilərin Somali quldurlarından azad edilməsi danışıqlarına rəhbərlik edən Gürcüstan rəsmisinin səhhəti pisləşib
# 14 yanvar 2012 15:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcü və türk dənizçilərinin Somali quldurlarının əsirliyindən azad edilməsi danışıqlarına rəhbərlik edən və Gürcüstan prezidentinin şəxsi nümayəndəsi statusunu yerinə yetirən Gürcüstan iqtisadiyyat nazirinin müavini Giorgi Karbelaşvilinin malyariyaya yoluxduğu güman edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli mətbuat orqanları məlumat yayıb. Hazırda nazir müavini xəstəxanada müalicə olunur. Afrikadan qayıdandan sonra dünən gecə onun səhhəti pisləşib. Həkimlər G. Karbelaşvilinin yüksək temperaturunun olduğunu bildiriblər. Hələlik ona dəqiq diaqnoz qoyulmayıb. İlkin diaqnoza əsasən, güman edilir ki, nazir müavini malyariyaya tutulub. Həkimlərin məlumatına görə, G. Karbelaşvilinin durumu nisbətən sabitdir və xəstədən vaxtaşırı analizlər götürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR