Bank Of Baku

“Costa Concordia” laynerinin qəzaya uğraması zamanı itkin düşən daha 5 nəfərin meyiti tapılıb

“Costa Concordia” laynerinin qəzaya uğraması zamanı itkin düşən daha 5 nəfərin meyiti tapılıb
# 17 yanvar 2012 16:18 (UTC +04:00)
Bakı - APA. “Costa Concordia” kruiz laynerinin qəzaya uğraması zamanı itkin düşən daha 5 nəfərin meyiti xilasedicilər tərəfindən aşkarlanıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bununla da ölənlərin sayı 11 nəfərə çatıb, 24 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, “Costa Cruises” (“Costa Crociere”) şirkətinə məxsus “Costa Concordia” gəmisi yanvarın 14-nə keçən gecə İtaliyanın Toskana vilayəti yaxınlığındakı Cilyo adası ətrafında qəzaya uğrayıb. Hadisə baş verən anda gəminin göyərtəsində 4,2 min nəfər sərnişin olub. Qəzanın əsas səbəbkarı olaraq göstərilən gəmi kapitanı Françesko Skettino artıq həbs olunub. O, həm də sərnişinlərin evakuasiyası başa çatmadan gəmini tərk etməkdə ittiham edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR