Bank Of Baku

TBMM-nin komitə rəhbəri: “Həyata keçirdiyimiz layihələrdə Türkiyə və Gürcüstanda yaşayan əhalinin maraqları nəzərə alınır”

TBMM-nin komitə rəhbəri: “Həyata keçirdiyimiz layihələrdə Türkiyə və Gürcüstanda yaşayan əhalinin maraqları nəzərə alınır”
# 18 yanvar 2012 03:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Volkan Bozgır jurnalistlərə açıqlama verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, TBMM-in komitə sədri energetika sahəsində Türkiyə və Gürcüstanın maraqlarının üst-üstə düşdüyünü vurğulayıb. Türkiyə nümayəndə heyətinin rəhbəri Kür çayının məcrasının dəyişilməsinə də münasibət bildirib. “Gürcüstan və Türkiyə strateji tərəfdaş ölkələrdir və hər hansı məsələ barədə qərar qəbul etmək üçün sıx əməkdaşlıq vacibdir. Biz hidrolayihələrin həyata keçirilməsində də əməkdaşlıq edirik. Həyata keçirdiyimiz layihələrdə Türkiyə və Gürcüstanda yaşayan əhalinin maraqları nəzərə alınır,-” Bozqır bildirib.
Xatırladaq ki, Türkiyənin BMM-nin nümayəndə heyəti Gürcüstanda ikigünlük səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR