Bank Of Baku

Avropa Birliyinin Miqrasiya Portalı fəaliyyətə başlayıb

Avropa Birliyinin Miqrasiya Portalı fəaliyyətə başlayıb
# 19 yanvar 2012 10:32 (UTC +04:00)
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, miqrasiya məsələlərinə dair yeni, praktiki və anlaşılan məlumatın əldə edilməsi üçün http://ec.europa.eu/immigration internet səhifəsi əsas giriş nöqtəsidir. Səhifə Avropa Birliyinə köçmək barədə düşünən, artıq AB-də olan qeyri-AB vətəndaşlarını, eləcə də miqrantların təşkilatlarını ünvanlayır.

“AB-nın Miqrasiya Portalı bütün növ miqrasiya məsələlərinə dair praktiki məlumat verən xüsusi vahid pəncərə mexanizmidir. AB-nə köçməyi planlaşdıran, bunu necə etmək haqda biliyi olmayan və AB-də artıq yaşayan miqrantlar, eləcə də öz hüquqlarını bilməyənlər üçün Portal eyni dərəcədə faydalı ola bilər”. AB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib.

Portal miqrasiya imkanlarını müəyyən etməyə yardım edir, AB-nin milli siyasətləri və qanunları, qaçaqmalçılıq və insan alveri kimi qeyri-qanuni miqrasiya ilə əlaqədar risklərə dair ümumi məlumat verir. Portal həm də istifadəçiləri Avropa Birliyinə 27 üzv dövlətin miqrasiyaya dair internet səhifələrinə yönəldir.

AB-nın Miqrasiya Portalı ingilis və fransız dillərində http://ec.europa.eu/immigration/ ünvanında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR