Bank Of Baku

Tiflisdə Gürcüstan-Türkiyə enerji konfransı keçiriləcək

Tiflisdə Gürcüstan-Türkiyə enerji konfransı keçiriləcək
# 20 yanvar 2012 00:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız Gürcüstana iki günlük səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, yanvarın 20-də Gürcüstan-Türkiyə enerji konfransında iştirak edəcək. Məlumata görə, tədbirdə Gürcüstanın baş naziri Nika Gilauri, enerji və təbii resurslar naziri Aleksandr Xetaquri, eyni zamanda hər iki ölkənin dövlət və özəl sektorlarının nümayəndələri də iştirak edəcəklər. Konfransda enerji, ticarət və investisiya sahəsində Gürcüstan-Türkiyə əməkdaşlığı məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR