Bank Of Baku

Türkiyə İran neftinin əvəz edilməsi üçün yollar axtarır

Türkiyə İran neftinin əvəz edilməsi üçün yollar axtarır
# 20 yanvar 2012 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Türkiyənin neft emalı zavodlarının ən iri operatoru olan “Tüpraş” şirkəti İrandan idxal olunan neftin əvəz edilməsi üçün yollar axtarır. “APA-Economics”in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu addıma Qərb ölkələrinin İrana qarşı embarqo tətbiq etməyə hazırlaşması səbəb olub.

“Tüpraş” artıq Səudiyyə Ərəbistanın neft ixracatçıları ilə danışıqlar aparıb və bu ilin yayına qədər həmin ölkədən neft idxalına başlamaq niyyətindədir.

Qeyd edək ki, “Tüpraş” Türkiyənin ən iri neft emalı konsernidir və ölkənin neft məhsulları bazarının 70%-ni təmin edir. Şirkətin 4 neft emalı zavodu var və onların məcmu istehsal gücü sutkada 600 min barelə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR