Bank Of Baku

Gürcüstanla Türkiyə arasında enerji ticarəti üzrə saziş imzalanıb - FOTO

Gürcüstanla Türkiyə arasında enerji ticarəti üzrə saziş imzalanıb - <font color=red>FOTO</font>
# 20 yanvar 2012 15:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis şəhərində Gürcüstan-Türkiyə enerji konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Gürcüstanın baş naziri Nika Gilauri, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər iştirak edib.

Konfrans çərçivəsində Gürcüstanla Türkiyə arasında Borçka-Ahıska elektrik xəttinin tikintisinə dair saziş imzalanıb. Sonra mətbuat konfransı keçirilib.

T. Yıldız Türkiyə ərazisində yeni su anbarının tikintisi ilə əlaqədar Kür çayının məcrasının dəyişdiriləcəyi ilə bağlı söz-söhbətə münasibət bildirib: “Mən Tiflisdə Kür çayını ilk dəfədir görürəm. Kürün Gürcüstan üçün böyük əhəmiyyət kəsb etdiyini bilirəm. Biz iki dost ölkə arasındakı məsələlərin həlli üçün nə lazımdırsa onu edəcəyik. Kürün məcrasının dəyişdirilməsi mövzusunda heç bir problem yaşanmayacaq”.

Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri isə bu suala çox qısa bir cavab verib: “Belə bir məsələ gündəlikdə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR