Bank Of Baku

Nikolya Sarkozi: Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirməlidir

Nikolya Sarkozi: Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirməlidir
# 20 yanvar 2012 21:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fransa prezidenti Nikolya Sarkozi Avropa Birliyini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. APA-nın məlumatına görə, o deyib ki, İranın mübahisəli nüvə proqramının həlli üçün bu ölkəyə daha çox iqtisadi təzyiqlər göstərilməlidir. Bunun üçün də Avropa Birliyi ilk növbədə İrandan neft idxalına və bu ölkənin Mərkəzi Bankına sanksiya tətbiq etməlidir. Fransa prezidenti İrana hərbi müdaxiləyə isə qarşı çıxıb. Nikolya Sarkozi bildirib ki, bu, İranı mübahisəli nüvə proqramından çəkindirmək üçün yaxşı vasitə deyil və yalnız bölgədə fəlakətə gətirib çıxara bilər.
Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyi xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək toplantısında İrandan neft idxalına qarşı sanksiya tətbiq olunması məsələsi müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR