Bank Of Baku

Riqada Latviya prezidenti və parlamentin spikerinin avtomobilləri toqquşub

Riqada Latviya prezidenti və parlamentin spikerinin avtomobilləri toqquşub
# 21 yanvar 2012 10:48 (UTC +04:00)
APA-nın Latviya mətbuatına istinadən xəbərinə görə, insident Azadlıq abidənin yaxınlığında baş verib.

Ölkə rəhbərliyinə daxil olan şəxslər 1991-ci ilin yanvarında sovet ordusunun Vilnüsdə törətdiyi qanlı hadisələr zamanı həlak olanların xatirəsini yad etmək üçün abidəni ziyarət ediblər. Qəza zamanı Latviya rəhbərləri xəsarət almasalar da, maşınlara ciddi ziyan dəyib.

Qeyd edək ki, 2008-ci ildə Latviyanın baş naziri İvars Qodmanisin avtomobili mikroavtobusla toqquşmuşdu. O zaman baş nazirin beyni silkələnmiş və gicgah sümüyü çatlamışdı. Mikroavtobusun yaşlı xanım sərnişini isə ayağından yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR