Bank Of Baku

Fransız senator Natali Qule: “Bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək”

Fransız senator Natali Qule: “Bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək”
# 23 yanvar 2012 18:10 (UTC +04:00)
Paris. Fuad Qulubəyli-APA. Bu gün Senatdakı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələrində senator Natali Qule də çıxış edib. Xanım Qule Fransada prezident seçkilərinə az bir vaxt qalmış hakim partiyanın Senatdakı üzvlərinin bu qanun layihəsindən özləri üçün mənfəət götürmək istədiklərini bildirib. «Aydındır ki, bu qanunun qəbulu sadəcə bir seçki oyunudur. Nə üçün biz tarixi tarixçilərə buraxmırıq, məgər dünyada iddia olunan bütün soyqırımları tanımağa borcluyuq? Belə getsə başqa xalqlar da bizdən oxşar qanunların qəbul edilməsini tələb edəcəklər. Ermənilər soyqırımından danışırlar, amma bu məsələnin obyektiv araşdırılması üçün öz arxivlərini gizlədirlər və açıqlamaq istəmirlər. Bundan başqa bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək. Bu gün Ermənistan totalitar, avtoritar İran və Rusiya rejimləri yanında Avropanın daim sadiq olan müttəfiqi Azərbaycana qarşı ərazi iddiaları edir, bu ölkənin ərazilərini işğal edib və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlıları qətlə yetiriblər. Bu yaxınlarda Nikolya Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdu. Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı və “soyqırımı qurbanları abidəsinə” əkili qoydu, Azərbaycanda isə cəmi bir-iki saat qaldı və Şəhidlər xiyabanına gedib əklil qoymadı. Bu cür münasibət göstərmək Fransa diplomatiyası üçün başucalığı deyil», deyə senator bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR