Bank Of Baku

Avstraliya AB-nin İran neftinə sanksiya tətbiqi barədə qəbul etdiyi qərara qoşulacağını açıqlayıb

Avstraliya AB-nin İran neftinə sanksiya tətbiqi barədə qəbul etdiyi qərara qoşulacağını açıqlayıb
# 24 yanvar 2012 23:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avstraliya Avropa Birliyinin (AB) İrandan neft idxalı ilə bağlı qəbul etdiyi sanksiya qərarına qoşulacağını açıqlayıb.

APA-nın məlumatına görə, Avstraliyanın xarici işlər naziri Kevin Radd bildirib ki, ölkəsi İrandan neft idxalını dayandırmaqla yanaşı, digər sahələrə də sanksiya qoymağı planlaşdırır: “Bu, İrana açıq bir mesajdır. Bu ölkə dünyadakı rəftarının qəbuledilməz olduğunu başa düşməlidir”.

Kevin Radd İrandan Avstraliyaya məhsul ixracının xeyli azaldığını, bunun ölkəsinin iqtisadiyyatına zərər vurmasına baxmayaraq, Tehranın mübahisəli nüvə proqramının həlli üçün səylərini davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR