Bank Of Baku

Rumıniyada yeni xarici işlər naziri təyin olunub

Rumıniyada yeni xarici işlər naziri təyin olunub
# 25 yanvar 2012 01:23 (UTC +04:00)
Bakı-APA. Rumıniyanın yeni xarici işlər naziri vəzifəsinə Kristian Diakonesku təyin olunub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, o bu vəzifədə 2009-cu ildə işləyib. Yeni təyinatla bağlı rəsmi mərasimdə Rumıniya prezidenti Trayan Basesku bildirib ki, yeni nazir ilk növbədə Buxarestin tərəfdaş ölkələrinə çatdırmalıdır ki, Rumıniya iqtisadi böhrandan çıxması yolunda sərt iqtisadi islahatlardan imtina etməyəcək.
Rumıniyanın əvvəlki xarici işlər naziri Teodor Bakonski hökumətin büdcə xərclərinin ixtisar olunması proqramına qarşı keçirilən etiraz aksiyaları iştirakçılarının ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR