Bank Of Baku

Rumıniyada güclü qar yağması nəticəsində avtomobil, dəmir yolu və hava nəqliyyatının hərəkəti dayandırılıb

Rumıniyada güclü qar yağması nəticəsində avtomobil, dəmir yolu  və hava nəqliyyatının hərəkəti dayandırılıb
# 27 yanvar 2012 04:46 (UTC +04:00)
Bakı-APA. Rumıniyada güclü qar yağması nəticəsində yüzlərə insan avtomobil yollarında qalıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, yolu qar basdığına görə qatarların da hərəkəti dayandırılıb.

Bir qatar dəmir yolundan çıxaraq aşıb. Ölkənin əsas magistral yolları bağlıdır, hava nəqliyyatı da dayandırılıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Rumıniyada yüzlərlə məktəb bağlanılıb, ağacların elektrik naqillərin üstünə düşməsi nəticəsində onlarla şəhər və kəndlər elektrik enerjisiz qalıb.

Xilasedicilər 1600 nəfəri qarın “əsirliyindən” qurtara biliblər. Lakin 1000 avtomobil hələdə yollarda hərəkəsiz qalıb. Xilasedicilər hadisə yerinə isti yemək və içmək çatdırılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR