Bank Of Baku

Fransa Əfqanıstanda hərbi əməliyyatlarda iştirakını bərpa edir

Fransa Əfqanıstanda hərbi əməliyyatlarda iştirakını bərpa edir
# 28 yanvar 2012 01:50 (UTC +04:00)
Bakı-APA. Fransız hərbçiləri Əfqanıstandakı əməliyyatlarda iştiraklarını bu gündən bərpa edəcəklər. Bu barədə Fransa prezidenti Nikolya Sarkozi əfqanıstanlı həmkarı Həmid Kərzayla görüşdən sonra bildirib. Liderlər həmçinin Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində hərbi kampaniyada iştirak edən müttəfiq qoşunların təhlükəsizliyinin təmin edilməsi məsələsini də müzakirə ediblər. «Taliblərin əfqan ordusunun içərilərinə daxil olması əvvəllər qiymətləndirmədiyimiz ciddi təhlükədir», deyə Sarkozi vurğulayıb.

Fransa Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakını bir həftə əvvəl Kapisa əyalətində fransız əsgərlərə edilən hücumdan sonra dayandırmışdı. Yanvarın 20-də Kapisa əyalətində əfqan ordusunun əsgərinin formasını geyinmiş «Taliban» üzvünün açdığı atəş nəticəsində 4 fransız hərbçisi öldürülmüş, 16 nəfər isə yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR