Bank Of Baku

Türkiyə baş nazirinin ermənilər tərəfindən zəhərləndiyi iddiası irəli sürülüb - FOTO

Türkiyə baş nazirinin ermənilər tərəfindən zəhərləndiyi iddiası irəli sürülüb - <font color=red>FOTO</font>
# 30 yanvar 2012 13:30 (UTC +04:00)
ASİMDER-dən APA-ya verilən məlumata görə, o, Ərdoğanın azlıq vəqflərinin iftar yeməyindən 3 ay sonra əməliyyat olunmasını məhz həmin yeməkdə zəhərlənə biləcəyi ilə izah edib. G. Gülbey baş nazirin səhhəti ilə bağlı müxtəlif cavablar verildiyini əsas gətirərək bu açıqlamaların şübhələr yaratdığını söyləyib.

“Xüsusilə də erməni kökənli vətəndaşların və din adamlarının toplandığı yeməkdə baş nazirə iftar yeməyi verildi. Baş nazirimiz həmin iftar yeməyindən təxminən 2 ay sonra həzm sistemindən əməliyyat olundu”, - deyə G. Gülbey qeyd edib. O, iftar yeməyi vaxtı çəkilmiş bir fotonu göstərərək “Fotodan da görünür ki, yeməyə qatılan azlıqların dini nümayəndələri baş nazirə baxmaqdansa, yeməyə baxırlar. Bunlar nə üçün danışan baş nazirə deyil, yeməyə baxırlar? Bizim burada şübhəmiz var: baş nazir bu yeməkdəmi zəhərləndi?”

G. Gülbey Ərdoğanın erməni iddiaları ilə bağlı həssas olmasından da danışıb.

Qeyd edək ki, Ərdoğan həyat yoldaşı ilə birlikdə sonuncu Ramazan ayında azlıq vəqflərinin Arxeoloji Muzeyində iftar yeməyinə qatılıb. Yeməyə nazirlər və hökumətin digər nümayəndələri ilə yanaşı, “Surp Pırgiç” erməni xəstəxanası vəqfinin rəhbəri Bedros Şirinoğlu, “Ermeni Patrik Vəkili” Yepiskopos Aram Ateşyan, həmçinin yunan və yəhudi vəqflərinin rəhbərləri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR