Bank Of Baku

Ruan Universitetinin türk rektoru Fransada “Uğur” medalına layiq görülüb - FOTO

Ruan Universitetinin türk rektoru Fransada “Uğur” medalına layiq görülüb - <font color=red>FOTO</font>
# 31 yanvar 2012 12:35 (UTC +04:00)
APA-nın Fransadakı türklərin xəbər saytına (hodrimeydan.info) istinadən verdiyi məlumata görə, rektorun layiq görüldüyü “Uğur” medalı ona universitetin Mədəniyyət və Konqres Sarayında təqdim olunub.

Tədbirdə iştirak edənlər arasında bölgənin milli təhsil müdiri, senatorlar, millət vəkilləri, bələdiyyə sədri, qonşu bölgələrin universitet rektorları, Türkiyənin Paris baş konsulu Uğur Arıner və başqaları olub.

Tədbirdə Avropanın ilk türk əsilli rektoru olan Cafer Özkulun Parisə 41 il əvvəl gəlməsindən, onun uğurlarından danışılıb.

Rektorun sinəsinə medalı bölgə valisi Remi Karon Ord taxıb.

Qeyd edək ki, Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbuluna etiraz olaraq bir sıra soydaşlarımız, o cümlədən məşhur kinodramaturq Rüstəm İbrahimbəyov, Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Fransa dövləti tərəfindən onlara verilən medal və mükafatlardan imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR