Bank Of Baku

Türkiyə hökuməti batan Vera gəmisinin 8 nəfər ekipaj üzvünün itkin düşdüyünü bildirib

Türkiyə hökuməti batan Vera gəmisinin 8 nəfər ekipaj üzvünün itkin düşdüyünü bildirib
# 01 fevral 2012 02:44 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Qara dəniz sahillərində Kambocaya məxsus yük gəmisinin batması nəticəsində 8 nəfər ekipaj üzvü itkin düşüb, 3 nəfər – gəminin kapitanının köməkçiləri və gəminin aşpazı xilas edilib.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl Assoşeyted Press agentliyi 10 nəfərin itkin düşməsi barədə xəbər vermişdi. Zonguldağ əyalətinin valisi Erol Ayyıldız bildirib ki, hadisə Ereğli kəndinin sahilindən 1 mil aralıda baş verib.
İtkin düşənlərin axtarışı təyyarə və vertolyot cəlb olunmaqla Sahil mühafizə xidməti tərəfindən aparılır. Gəminin ekipajı 10 nəfər Ukrayna və bir Gürcüstan vətəndaşından təşkil olunub.
Bildirilir ki, gəminin qəzaya uğramasına səbəb Türkiyə sahillərində güclü fırtına olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR