Bank Of Baku

Sarkozi büdcə vəsaitini xəstə oğlunu Fransaya gətirmək üçün istifadə edib

Sarkozi büdcə vəsaitini xəstə oğlunu Fransaya gətirmək üçün istifadə edib
# 01 fevral 2012 21:03 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi 39 min avro dəyərində büdcə vəsaitini xəstələnmiş oğlunu Ukraynadan Fransaya aparmaq üçün xərcləyib. Bu barədə Fransanın «Kanar anşene» qəzeti məlumat verib.

Ötən həftə DJ Mosay ləqəbi ilə tanınan 26 yaşlı dicey Pyer Sarkozi Odessaya şəhərin elitar restoranlarının birində çıxış etmək üçün gəlmişdi. Lakin çıxışa bir saat qalmış onun halı xarablaşmış və Odessanın xəstəxanalarından birinə götürülmüşdü.

Daha sonra Pyer Sarkozi prezident və nazirlər üçün nəzərdə tutulmuş «Falkon 50» reaktiv təyyarəsi ilə vətəninə çatdırılıb.

Qəzet qeyd edir ki, təyyarə yalnız «cəmiyyətin maraqları naminə» adi adamlar tərəfindən istifadə oluna bilər, lakin Pyer Sarkozinin əhvalatı bu kateqoriyaya aid deyil.

«Kanar anşene»nin məlumatına görə, oğlunun 7 saatlıq uçuşu Nikolya Sarkoziyə 39,2 min avroya başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR