Bank Of Baku

Türkiyənin cənub-şərqindəki bir mağarada 5 terrorçu məhv edilib

Türkiyənin cənub-şərqindəki bir mağarada 5 terrorçu məhv edilib
# 03 fevral 2012 11:02 (UTC +04:00)
Bakı – APA. Türkiyənin cənub-şərqindəki Batman vilayəti ərazisində PKK terrorçularına qarşı əməliyyat keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları dağlıq ərazidəki bir mağarada terrorçuların gizləndiyini müəyyənləşdiriblər. Polisin “təslim ol” çağırışına mağaradakı terrorçular atəşlə cavab veriblər. Bundan sonra xüsusi təyinatlı polis dəstəsi əməliyyata başlayıb. İlkin məlumatlara görə, 5 terrorçu məhv edilib. Əməliyyat davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR