Bank Of Baku

Gürcüstan parlamenti inquş xalqının soyqırımının tanınması məsələsinə baxacaq

Gürcüstan parlamenti inquş xalqının soyqırımının tanınması məsələsinə baxacaq
# 03 fevral 2012 13:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gürcüstan parlamentinin gələn həftə keçiriləcək iclasında inquş xalqının 1944-cü ildə Qazaxıstana və Mərkəzi Asiyaya kütləvi köçürülməsinin soyqırım kimi tanınması məsələsinə baxılacaq. APA-nın bildirdiyinə görə, bu barədə Gürcüstanın «Rezonansi» qəzeti məlumat yayıb.

Gürcüstan parlamentinin Qafqaz xalqları və diaspora ilə əlaqələr komitəsinin sədri Nuqzar Siklaurini bildirib ki, burada siyasi niyyət yoxdur. Qəti qərar elmi və ekspert hesablamaları əsasında qəbul ediləcək.

Qəzet yazıb ki, ötən il Gürcüstan, dünyada yeganə ölkə olaraq, çərkəz xalqının soyqırımını tanıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR