Bank Of Baku

Yunanıstanda 48 saatlıq ümummilli tətil keçiriləcək

Yunanıstanda 48 saatlıq ümummilli tətil keçiriləcək
# 09 fevral 2012 23:37 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın dövlət və özəl sektorlarının ən iri həmkarlar ittifaqları olan ADEDY və GSEE hökumətlə beynəlxalq kreditorlar «üçlüyü» arasında gözlənilən razılaşmanın əleyhinə fevralın 10 və 11-də ümummilli tətil keçirəcəklər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yunanıstan hökuməti Avrokomissiya, Avropa Mərkəzi Bankı və BVF-dən ibarət «üçlük»
ilə sərt maliyyə qənaət tədbirləri barədə saziş imzalamağı planlaşdırır. Gözlənilir ki, fevralın 13-də saziş parlament tərəfindən təsdiq olunacaq.
Tətildə dövlət müəssisələri, məktəblər və universitetlər, xəstəxanalar, banklar və nəqliyyat sektoru iştirak edəcək. İkin gün ərzində bütün ölkədəki qatarlar və bərələr, Afinada ictimai nəqliyyat dayandırılacaq.
Həmkarlar ittifaqları parlamentin qarşısında üç mitinq keçirməyi planlaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR