Bank Of Baku

Türkiyədə kəşfiyyat təşkilatının sabiq rəhbərinin və daha 3 kəşfiyyatçının həbsinə sanksiya verilib

Türkiyədə kəşfiyyat təşkilatının sabiq rəhbərinin və daha 3 kəşfiyyatçının həbsinə sanksiya verilib
# 10 fevral 2012 12:54 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul Prokurorluğunun xüsusi səlahiyyətli prokuroru Sədrəddin Sarıkaya 2 gün əvvəl bu şəxsləri, eləcə də MİT-in indiki rəhbəri Hakan Fidanı ifadə verməyə çağırıb. Lakin bu şəxslərin heç biri ifadə verməyə getməyib. H. Fidanın ifadə verməsi üçün qanuna əsasən baş nazirin icazəsi lazımdır. Baş nazir bu icazəni verməyib. Sabiq MİT əməkdaşları üçünsə belə bir icazə tələb olunmur. Buna baxmayaraq, İstanbul prokurorluğu H. Fidanın da ifadəsinin alınması üçün Ankara Prokurorluğuna xüsusi məktub yazıb. (MİT aparatının binası paytaxt Ankarada olduğu üçün).

Məhkəmə tərəfindən qəbul olunan sanksiya əsasında Ə. Taner, A. Günəş və digər 2 nəfər polis tərəfindən saxlanılaraq ifadə vermək üçün İstanbul Prokurorluğuna aparılacaq. Bu şəxslər prokurorluğun PKK terror təşkilatının şəhərlərdəki strukturu olan KCK (Koma Civaken Kürdistan - Kürdüstan Xalqlar Konfederasiyası) ilə bağlı apardığı istintaq çərçivəsində ifadə verməyə çağırılıb. Belə ki, istintaqın gedişində MİT-in KCK ilə gizli əlaqələri üzə çıxıb. MİT rəhbərliyinin PKK ilə gizli danışıqlar apardığı, hətta protokol imzaladığı, KCK içindəki MİT agentlərinin müxtəlif terror aksiyalarına qarışdıqları məlum olub. Prokurorluq bu məqamlarla bağlı MİT-in indiki və keçmiş rəhbərliyini sorğu-sual etmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR