Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əməliyyat olunub

Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əməliyyat olunub
# 11 fevral 2012 11:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, Türkiyə baş nazir aparatı bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “2011-ci il noyabrın 26-da baş nazirimizin həzm sistemində aparılan cərrahiyyə əməliyyatının ikinci və son mərhələsi 30 dəqiqəlik bir müdaxilə ilə uğurla nəticələnib. Müalicə prosesi daha əvvəl planlaşdırıldığı kimi, bu şəkildə sona yetib. Baş nazirimizin səhhəti çox yaxşıdır. O, gələn həftə rutin fəaliyyətinə başlamağı planlaşdırır”.

Qeyd edək ki, R. T. Ərdoğanın şənbə, bazar və bazar ertəsinə nəzərdə tutulan proqramı, o cümlədən Nazirlər Kabinetinin iclası təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR