Bank Of Baku

Gürcüstan paytaxtında soyuqdan qorunmaq üçün evsiz şəxslərə sığınacaqlar təşkil edilir

Gürcüstan paytaxtında soyuqdan qorunmaq üçün evsiz şəxslərə sığınacaqlar təşkil edilir
# 13 fevral 2012 21:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı bütün rayonlarda evsiz adamlar üçün sığınacaqlar təşkil olunacaq və kəskin soyuqlardan qorunmaq istəyən şəxslərə burada isti şərait yaradılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflis Şəhər Meri Qiqi Uqulava jurnalistlərə açıqlamasında bildirib: “Tiflis şəhərinin hər rayonunda bir sığınacaq yaradılacaq və bizim vətəndaşlarımız orada qızınaraq isti yeməklərlə təmin olunacaqlar”.

Şəhər meri Gürcüstan paytaxtında hələ də kəskin soyuqların davam etdiyini və bu sığınacaqların evsiz adamlar üçün sərfəli olduğunu qeyd edib.
Xatırladaq ki, dünən gecə Tiflisdə hava -10 dərəcə olub. Rəsmi məlumatlara görə, Gürcüstanda soyuqlar düşəndən sonra 2 nəfər donaraq ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR