Bank Of Baku

Türkiyədə AKP-nin hakimiyyəti dövründə 27 mindən çox PKK terrorçusu zərərsizləşdirilib

Türkiyədə AKP-nin hakimiyyəti dövründə 27 mindən çox PKK terrorçusu zərərsizləşdirilib
# 15 fevral 2012 11:53 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri İdris Naim Şahin açıqlayıb. İ. N. Şahin müxalifətçi millət vəkilinin sorğusuna cavab olaraq 2003-cü il yanvarın 1-dən 2011-ci il dekabrın 9-na qədər 1.268 terrorçunun öldürüldüyünü, 24.385 terrorçunun yaralı ələ keçirildiyini, 1.398 terrorçunun isə təslim olduğunu bildirib.

Nazir eyni müddətdə terror təşkilatına məxsus 413.783 ədəd müxtəlif növlü döyüş sursatının, 2.661 əl qumbarasının, 519 ədəd iri və xırda kalibrli silahların aşkarlanaraq götürüldüyünü söyləyib.

Xatırladaq ki, AKP 2002-ci ilin noyabrında keçirilən parlament seçkilərində qalib gələrək hakimiyyətə yiyələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR