Bank Of Baku

İsveçrə Suriyadakı səfirliyini bağlayır

İsveçrə Suriyadakı səfirliyini bağlayır
# 16 fevral 2012 02:30 (UTC +04:00)
Bakı-APA. İsveçrə hökuməti Dəməşqdəki səfirliyi bağlayaraq Suriyadakı isveçrəliləri mümkün qədər tez bu ölkəni tərk etməyə çağırırlar. Bu barədə İsveçrə XİN başçısı Didye Burkhalter bəyan edib.

Burkhalterin sözlərinə görə, səfirlik yaxın günlərdə bağlanacaq.

Burkhalter İsveçrənin qərarının Suriya prezidenti Bəşər Əsəd üçün diplomatik siqnal olduğunu bildirib.

O həmçinin beynəlxalq ictimaiyyətin Suriya problemi barədə razılığa gələ bilməməsinə görə bu ölkədə insanların yenə də həlak olmasından təəssüfləndiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR