Bank Of Baku

Rumıniyada soyuqdan ölənlərin sayı 86 nəfərə çatıb

Rumıniyada soyuqdan ölənlərin sayı 86 nəfərə çatıb
# 16 fevral 2012 04:20 (UTC +04:00)
Bakı-APA. Rumıniyada şiddətli soyuqlardan həlak olanların sayı 86 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Rumıniya daxili işlər nazirliyi isə on minlərlə insanın elektrik enerjisiz qaldığını bildirib. Ötən günlər ərzində DİN əməkdaşları qarın təcrid etdiyi rayonlara içməli su və ərzaq çatdırmaq üçün 1200-dən çox tədbir həyata keçiriblər.

Yaxın günlərdə şiddətli soyuqların əsasən ölkənin qərbinə təsir edəcəyi proqnozlaşdırılır.

Ümumilikdə Avropada şiddətli soyuqlar 600-dən artıq insanın ölümü ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR