Bank Of Baku

Sietse Bakker: “Maliyyə böhranı ilə bağlı qərar verdik ki, Eurovision Dance yarışmasını keçirməyək”

Sietse Bakker: “Maliyyə böhranı ilə bağlı qərar verdik ki, Eurovision Dance yarışmasını keçirməyək”
# 16 fevral 2012 20:00 (UTC +04:00)
APA-nm müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunu Eurovision-un təşkilatı məsələlər üzrə rəhbəri (Event supervisor) Sietse Bakker deyib. Eurovision Rəqs Müsabiqəsi ilk dəfə 2007-ci ildə keçirilib. İkinci dəfə isə bu müsabiqə 2008-ci ildə təşkil olunub. Sietse Bekker müsabiqənin dayandırılmasının səbəbini maliyyə məsələləri ilə izah edib; “Təşkilatçılar üç layihə - Eurovision mahnı müsabiqəsi, Eurovision Uşaq və Eurovision Rəqs arasında seçimetməli oldular. Bu zaman Eurovision Song Contest və Eurovision Junior layihəsinə üstünlük verilib”.
Gələcəkdə Eurovision Rəqs müsabiqəsinə bənzər yarışmanın keçirilməsini isə Sietse Bakker inkar etməyib: “Gələcəkdə ola bilsin ki, bu tipli müsabiqəyə maraq yaransın və Eurovision Rəqs başqa formatda keçirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR