Bank Of Baku

Almaniya prezidenti istefa verib

Almaniya prezidenti istefa verib
# 17 fevral 2012 12:49 (UTC +04:00)
Bakı – APA. Almaniya prezidenti Kristian Vulf korrupsiya ittihamlarına məruz qalması ilə əlaqədar istefaya gedib. APA-nın xəbərinə görə, fevralın 16-da Hannover Prokurorluğu Bundestaqa müraciət edərək prezidentin toxunulmazlıq hüququndan məhrum edilməsini istəyib.

Prezidentlə bağlı şübhələr onun kino prodüseri David Qrönevoldla münasibətlərindən qaynaqlanır. İş adamı dəfələrlə K. Vulfun otel xərclərini ödəyib. Vulf Aşağı Saksoniya əyalət hökumətinin başçısı olarkən D. Qrönevoldun layihələrini maliyyələşdirib. Prezidentin öz varlı dostunun həyat yoldaşından kredit aldığı və bunu gizlətməyə çalışdığı iddia olunur. Bu faktlarla əlaqədar ötən ilin dekabrından bəri müxalifət və media prezidenti istefaya çağırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR