Bank Of Baku

Latviyada rus dilinin statusuna dair referendum keçirilir

Latviyada rus dilinin statusuna dair referendum keçirilir
# 18 fevral 2012 07:45 (UTC +04:00)
APA-nın “DELFI”-yə istinadən xəbərinə görə, ölkə daxilində 950, xaricdə isə 85 seçki məntəqəsi açılıb.

Yaşı 18-dən yuxarı Latviya vətəndaşları rus dilinə ikinci dövlət dili statusu verilməsi məsələsinə münasibətlərini bildirəcəklər. Müvafiq qanun layihəsi “Rus dili” cəmiyyəti tərəfindən hazırlanıb. Təşəbbüs qrupu 180 min imza yığmağa müvəffəq olub. Ölkə Konstitusiyasının 4 maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihəyə Riqa meri Nil Uşakov da imza atıb.

Latviya prezidenti Andris Berzinış, baş nazir Valdis Dombrovskis və parlamentin spikeri Solvita Aboltinya vətəndaşları dil qanunvericiliyinin dəyişdirilməsinin əleyhinə səs verməyə çağırıblar. Rus dilinə ikinci dövlət dili statusu verilməsi üçün seçicilərin ən azı yarısının lehinə səs verməsi lazımdır. Nə qədər seçicinin iştirak etməsindən asılı olmayaraq, referendum baş tutmuş sayılacaq. İlkin nəticələr isə fevralın 19-na keçən gecə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR