Bank Of Baku

Öcalana azadlıq tələb edən kürdlər Avropa Şurasının qapısını sındırıblar

Öcalana azadlıq tələb edən kürdlər Avropa Şurasının qapısını sındırıblar
# 20 fevral 2012 15:23 (UTC +04:00)
APA-nın Strasburq müxbirinin xəbərinə görə, əsasən gənclərdən ibarət olan aksiya iştirakçıları əllərinə qandal bağlayaraq AŞ binası qarşısında oturublar. Onlar PKK terror təşkilatının lideri Abdulla Öcalana azadlıq tələb edən şüarlar səsləndiriblər. Bununla kifayətlənməyən aksiyaçılar AŞ-nin əsas giriş qapısını sındıraraq üzərində A. Öcalanın şəkli əks olunmuş bayraqlarla təşkilatın binasına daxil ola biliblər. Hadisə yerinə gələn polis onları binadan uzaqlaşdıra bilib. Bir neçə aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu günlərdə Strasburqda Öcalana azadlıq tələbi ilə kürdlərin izdihamlı aksiyaları keçirilir. Avropada yaşayan kürdlər İsveçrənin Cenevrə şəhərindən Strasburqa kimi piyada yürüş ediblər və Strasburqda bir-birinin ardınca müxtəlif etiraz aksiyaları keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR