Bank Of Baku

Almaniyanın yeni prezidenti martın 18-də seçiləcək

Almaniyanın yeni prezidenti martın 18-də seçiləcək
# 21 fevral 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Almaniyanın yeni prezidentini seçmək üçün səsvermə martın 18-də keçiriləcək. Bu tarixi bundestaqın sədri Norbert Lammert təyin edib. Prosedura xüsusi olaraq dövlət başçısını seçmək üçün çağırılan Federal məclisdə keçiriləcək.

Almaniyada prezident kreslosu fevralın 17-də Kristian Vulf istefa verdikdən sonra boş qalıb. Keçiriləcək seçkilərdə hakim koalisiya və müxalifətin vahid namizədi
72 yaşlı keçmiş ADR-li hüquq müdafiəçisi və teoloq Yoahim Hauk olacaq.

Federal məclisin 1240 üzvü var. Onların yarısı bundestaqın üzvləri, yarısı isə 16 federal əyalətin nümayəndələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR