Bank Of Baku

Avrozonanın maliyyə nazirləri Yunanıstana maliyyə yardımını təsdiqləyiblər

Avrozonanın maliyyə nazirləri Yunanıstana maliyyə yardımını təsdiqləyiblər
# 21 fevral 2012 04:58 (UTC +04:00)
Bakı-APA. Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri Yunanıstanın borc böhranından qurtarılmasına dair planı təsdiqləyiblər. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir. Artıq yekun bəyanat qəbul olunub.

Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri 2020-ci ilədək ikinci xilas proqramının köməyilə Yunanıstanın dövlət borcunun ümumdaxili məhsulun 120,5%-dək azaldılması barədə qərar qəbul ediblər. Ötən ilin 9 ayının göstəricilərinə əsasən Yunanıstanın borcu ÜDM-nin 160%-i həcmindəydi və təxminən 350 milyard avroya bərabər idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR