Bank Of Baku

Dunay çayında əriyən buz Belqradda yüzlərlə qayığı batırıb

Dunay çayında əriyən buz Belqradda yüzlərlə qayığı batırıb
# 22 fevral 2012 01:20 (UTC +04:00)
Bakı-APA. Dunay çayında buz axını nəticəsində Belqradda qayıqlar, üzən gəmi-restoranlar və ponton körpülər dağılıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, son həftələr ərzində kəskin soyuq hava şəraiti nəticəsində Avropanın ən böyük çayını qalın buz örtüyü bağlayıb.
Lakin bazar günündən başlayan havanın temperatur artımı nəticəsində buz sürətlə əriməyə başlayıb.
Paytaxt Belqradda qayıqlar biri birinə çırpılıb, xəsarət alanlar barədə xəbər verilmir.
Dunay çayında buzun əriməsi nəticəsində dəyən ziyanın miqyası 100 minlərlə avro məbləğində ölçülür.
Qayıq sahibləri bildiriblər ki, Dunay çayındakı qayıqlardan yalnız çox az sayda, təxminən 100-ə yaxın qayıq salamat qalıb, və onları Belqradın "Kapetanya" tərsanəsinə toplayıblar.
Çay suları ilə sürətlə axan buz parçaları yüzlərlə metr məsafə hərəkət edərək, qayıqları lövbərlərindən qıraraq aparıb, onların bir qismini sahil xəttinə vurub atıb.
Belqradın fövqəladə hallar xidməti bildirib ki, şəhərin körpülərinə və digər infrastruktura buzun əriməsi nəticəsində zərər dəyməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR