Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
27 fevral 2012 12:04 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin toplantısında Suriyaya qarşı yeni sanksiyalar paketi qəbul olunub. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar əsasən Suriya Mərkəzi Bankı və aviaşirkətləri əhatə edir. Belə ki, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması qərara alınıb, Suriyaya mal ixracına və bu ölkədən qiymətli metalların idxalına qadağa qoyulub, Suriya yük təyyarələrinin Avropaya uçuşları yasaqlanıb. Suriya dövlət strukturlarının 7 nümayəndəsinə isə fərdi sanksiyalar tətbiq olunub.
Avropa
KİV: Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər
15:06
30 may 2024
Estoniya Prezidenti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi haqqında qanunu imzalayıb
14:53
30 may 2024
Kobaxidze: Gürcüstanda ikinci “Maydan” hadisələrini törətməyə nail ola bilməcəyəklər
14:17
30 may 2024
KİV: Aİ XİN başçılarının görüşündə müzakirə olunacaq mövzular açıqlanıb
12:22
30 may 2024