Bank Of Baku

Türkiyə parlamenti Xocalı soyqırımına həsr olunan iclas keçirəcək

Türkiyə parlamenti Xocalı soyqırımına həsr olunan iclas keçirəcək
# 28 fevral 2012 04:34 (UTC +04:00)
Turkiyənin İğdır şəhərindən millət vəkili, Türkiyə Azərbaycan Dərnəklərinin fəxri sədri Sinan Oğan APA-ya bildirib ki, o Xocalı faciəsini parlament tərəfindən soyqırımı kimi qəbul edilməsi məsələsini qaldırmaq niyyətindədir. Deputatın sözlərinə görə, bir qədər əvvəl buna dair qanun layihəsini parlamentə təqdim edib. Onun üzv olduğu TBMM-nin xarici məsələlər üzrə komissiya Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul edib. Sinan Oğan deyib: “Bu ilin fevralın 26-da Türkiyənin müxtəlif şəhərlərində keçirilən mitinqlərdə Xocalıda yaşananlara soyqırım deyilib. Türkiyəlilər Azərbaycan xalqının yaşadığı soyqırımı ürəyində hiss etdilər. İndi növbə Türkiyə parlamentinindi. Ümid edirəm ki, TBMM ədalətli qərar çıxaracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR