Bank Of Baku

Gürcüstan prezidenti parlament qarşısında çıxış edib

Gürcüstan prezidenti parlament qarşısında çıxış edib
# 29 fevral 2012 04:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Fevralın 28-də Gürcüstan prezidenti Mixail Saakaşvili parlament qarşısında ənənəvi illik hesabat məruzəsi ilə çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezidentin çıxışından öncə Əfqanıstanda həlak olan 15 nəfər Gürcüstan hərbiçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ölkə prezidenti həlak olan hərbiçilərin Gürcüstan tarixinə qızıl hərflərlə yazılacağını qeyd edib.
Sonra parlament qarşısında çıxış edən Gürcüstan prezidenti müxtəlif prioritet məsələlər barədə məruzə edərək 8 il bundan əvvəl ölkədə baş verən məxməri inqilabın hələ də davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, inqilabın məqsədi diktaturanı müasir demokratiya, bərabərhüquqlu cəmiyyət, korrupsiyasız qanunla əvəz etmək və ölkəni inkişafa yönəltməkdir. “Bizim məqsədimiz qara buludları aydın gələcək ziyası ilə əvəz etməkdir. Bizim prioritetlərimiz yeniliyə can atmaq, yeni islahatlar həyata keçirtmək və modernləşmədir. Hələ çox işlərimiz başa çatmayıb. Biz istədiyimiz bütün imkanlarımızı yaratmamışıq. Bu imkanlar və şərait haqqında biz çoxdan düşünürük və düşündüklərimizi indi birlikdə həyata keçirəcəyik”,- Gürcüstan prezidenti çıxışında bildirib”.
Gürcüstan prezidenti bildirib ki, ölkəsi Rusiya ilə iqtisadi münasibətləri də başlamağa hazırdır. “Mən istəyirəm ki, rusiyalı iş adamları bilsinlər ki, Gürcüstanın qapıları onlar üçün həmişə açıqdır. İstəyirəm ki, sadə Rusiya vətəndaşları bilsinlər ki, onlar hər bir zaman Gürcüstana gələ bilər, Qara dəniz sahillərində dincələr və çoxdan gözlədikləri “Borjomi” suyundan içə bilərlər.”
Gürcüstan prezidenti parlament qarşısındakı çıxışında ölkə iqtisadiyyatının 67% artdığını bildirib. “Gürcüstan müharibə və dünyada baş verən iqtisadi böhranı arxada qoyub və mürəkkəb problemlərin olduğuna baxmayaraq iqtisadiyyatımız getdikcə sabit güc və sürət alır.”
Prezident keçən il Gürcüstana 3 mln turistin gəldiyini də bildirib. O, eyni zamanda kənd təsərrüfatının 35%-ə yüksəldiyini və bu sektorun 2015-ci ildə iki dəfə artacağını da bildirib.
Mixail Saakaşvili keçən ilki çıxışında Gürcüstanın 70%-nin qazlaşdırılacağını deyib. “Bu gün Gürcüstanın 55%-I qazlaşdırılıb və bu il 80 min ailə qazla təmin olunacaq, Bu isə ölkənin 65%-nin qazlaşdırılacağı deməkdir.”
Saakaşvili çıxışında ölkədə gedən müxtəlif tikililərin başlandığını və ölkədə on minlərlə əmək qabiliyyətli və ziyalı vətəndaşların olduğunu bildirib. “Onlar haqlı olaraq qeyd edirlər ki, mənə iqtisadiyyatın yüksəlişi və biznesin inkişafı lazım deyil. Əgər mənə iş tapılmırsa, yeni xəstəxanalar da mənə lazım deyil, çünki mənim müalicə olunmağa pulum yoxdur.”
Prezidentin sözlərinə görə, o, hər bir şəxsin vəziyyətini bilir və hakimiyyət qarşısındakı əsas vəzifələri qeyd edir. “Hakimiyyət nəinki ölkənin inkişafına çalışmalı, həm də vətəndaşlarının bu inkişafdan yararlanmağına qayğı göstərməlidir,-” Mixail Saakaşvili çıxışında bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR