Bank Of Baku

Milanda Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib - FOTOSESSİYA

Milanda Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 03 mart 2012 17:40 (UTC +04:00)
Bakı-APA. Martın 2-də Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Milan şəhərində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Tədbiri “Orizon” mədəniyyət təşkilatının nümayəndəsi Vinçenza Aurilio, “Sant Egidio” icmasının nümayəndəsi Rikkardo Mauri və “Nous” qeyri-hökumət təşkilatının prezidenti Barbara Alessandrini çıxış nitqləri ilə açmış, iştirakçılara Xocalı soyqırımı ilə bağlı məlumat vermiş və bu faciəvi hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və dünya klassiklərinin musiqi parçaları ifa olunub, italiyalı tenor David Qualtiyeri tərəfindən xalq şairimiz Məmməd Arazın italyan dilinə tərcümə edilmiş şerləri və Xocalı soyqırımına həsr etmiş öz şeri oxunub, “Qospel Valmadera Qardaşları” xoru tərəfindən dini musiqi parçaları ifa olunub və “Orizon” rəqs qrupu tərəfindən Xocalı faciəsini əks etdirən xoreoqrafik səhnəcik nümayiş etdirilib.

Tədbir zamanı həmçinin Xocalı soyqırımı şahidləri olmuş uşaqlar tərəfindən çəkilmiş rəsmlər nümayiş etdirilib.

Tədbirdə İtaliya ictimaiyyəti və İtaliyada yaşayan həmyerlilərimiz və Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR