Prezident Mixeil Saakaşvili: “Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqil olması deməkdir”
Saakaşvili bildirib ki, Gürcüstan istənilən məsələdə Azərbaycanın yardımını hiss edir.Ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır.
Gürcüstan prezidenti qeyd edib ki, iki ölkə böyük miqyaslı dəmir yolu layihəsini həyata keçirir. Azərbaycan bu layihə çərçivəsində 320 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq. “Bu, bizi Avropaya birləşdirən birgə marşrutumuz olacaq. Burada yüklərin, sərnişinlərin daşınması baş tutacaq. Hər il iki milyon insan məhz Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan gələcək, Gürcüstan ərazisindən keçib Türkiyəyə gedəcək və beləliklə, Avropaya çıxışı əldə edəcək. Nəticədə, Gürcüstan Avropa ilə münasibətlərini daha da genişləndirəcək və Azərbaycan isə buna öz töhfəsini verəcək. Bu baxımdan, münasibətlərimiz qarşımıza qoyduğumuz inkişaf məqsədlərinin mühüm amilidir”.
Saakaşvili deyib ki, Azərbaycan və Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq çoxşaxəlidir. Bu əməkdaşlıq artıq göz qarşısındadır. Gürcüstan da sürətlə inkişaf edir. Bu inkişafın əsas səbəbi məhz qardaş Azərbaycanın yardımıdır. Bu inkişaf Azərbaycandan əldə etdiyimiz yardım sayəsində baş verir. Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqil olması deməkdir. Gürcüstan və Azərbaycan Poti və Kulevi arasında zavodun tikintisi barədə razılığa gəliblər. Bu il onun tikintisi artıq başlayacaq və bu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı nümayiş etdirən bir layihə olacaq. Azərbaycanın ən böyük Dövlət Neft Şirkəti, Gürcüstanda fəaliyyət göstərir, artıq bir çox sərmayələri yatırıb və fəaliyyətini bundan sonra da genişləndirəcəkdir. Bu fəaliyyət bütün region üçün, regionun əhalisi üçün olduqca vacibdir.
Uğurlu əməkdaşlıq bölgədə böyük infrastruktur layihələrin həyata keçirilməsində öz əksini tapıb.
Saakaşvili deyib: “Bir il ərzində bizim ticarət dövriyyəmiz 1 milyard ABŞ dollarından artıq olub. Ticarət balansına gəldikdə hələ ki, bu, Gürcüstan üçün mənfidir. Əslində bu, təbiidir. Lakin Gürcüstandan Azərbaycana ixrac da ilbəil artmaqdadır. Bu, əslində onu göstərir ki, münasibətlərimiz qarşılıqlı fayda verir və bütün bunlar Heydər Əliyevin strateji baxışlarına əsaslanır. Artıq dostum İlham Əliyev məhz bunu qeyd edib və bildirib ki, bu münasibətlərin tarixi kökləri var”.
Gürcüstan prezidenti deyib ki, Azərbaycan öz sərmayələri vasitəsilə Gürcüstanda iş şəraitinin daha da yaxşı şəkildə formalaşdırılmasına imkan yaradır. Geosiyasi vəziyyətin hələ ki, mürəkkəb olduğunu bildirən Saakavili deyib: “Burada çox müxtəlif istiqamətlər var. Lakin dostlar bu cür anlarda hər zaman əl-ələ verib bir yerdə olublar. Biz güclü şəkildə əməkdaşlıq aparırıq ki, bütün bu maneələri aradan qaldıraq”.
Avropa
Rusiya Zaporojyeyə dronlarla hücum edib, iki nəfər ölüb
Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
İsveçrə ordusu dron təhlükəsinə qarşı müdafiəni gücləndirir
Slovakiya Ukraynaya verilən yardıma görə Aİ-dən kompensasiya tələb etmək niyyətindədir
Xəbər Lenti
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
Borca görə axtarışda olan 111 nəfər saxlanılıb
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub
Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur
"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Rusiya Zaporojyeyə dronlarla hücum edib, iki nəfər ölüb
Tramp: Tayvana ayrılmış 14 milyard dollarlıq silah paketinin taleyi hələ müəyyənləşməyib
Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
İsveçrə ordusu dron təhlükəsinə qarşı müdafiəni gücləndirir
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Slovakiya Ukraynaya verilən yardıma görə Aİ-dən kompensasiya tələb etmək niyyətindədir
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
ABŞ İranın radar qurğularına zərbələr endirib
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
ABŞ Prezidenti: Vaşinqton İranla münaqişənin həllində sürətlə irəliləyir
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
Ağ Ev: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək
Ermənistan MSK Karapetyanın blokunu seçki yarışından kənarlaşdırmaqdan imtina edib
Monteneqro 2028-ci ildə Aİ-yə üzv ola bilər
Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər
Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır
İsrail ordusu bir həftədə “Hizbullah”ın 650-dən çox obyektini vurduğunu açıqlayıb
Tramp: Ukrayna və Rusiya müharibənin taleyini özləri həll etməlidirlər
Azərbaycan millisi Maltaya məğlub olub
Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var
Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir
"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib
Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır
Zelenski: Rusiya yenidən müharibəni seçdi
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
Xameneinin müşaviri: ABŞ İranla saziş üçün 24 milyard dollarlıq aktivləri azad etməlidir
Azov dənizində gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı dördə çatıb
İranda 4,8 bal gücündə zəlzələ baş verib
MEDİA: Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır
NASA astronavtlara Beynəlxalq Kosmik Stansiyada planlaşdırılan əməliyyatlara qayıtmağı tapşırıb - YENİLƏNİB
Taleh Babayev: Bütün rəqiblər minifutbol millimizi yaxşı analiz etmişdi, hər oyunda çətinlik çəkdik
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir