Bank Of Baku

Sarkozi qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasına nail olacağına söz verib

Sarkozi qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasına nail olacağına söz verib
# 08 mart 2012 02:48 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi erməni icmasının nümayəndələrini qəbul edib. Sarkozi görüş vaxtı qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Konstitusiya Şurası tərəfindən ləğv olunmasına baxmayaraq bu fikrindən əl çəkməyəcəyini deyib: “Başqaları kimi ermənilər də inkar edilməsi cinayət hesab olunan qanunla mühafizə olunmaq hüququna sahibdirlər”.

Hökumətdən bu istiqamətdə yeni mətn hazırlanmasını istədiyini vurğulayan Sarkozi bu məsələdə sonadək gedəcəyini bir daha qeyd edib.

Fevralın sonunda Fransa parlamenti soyqırımları inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etmişdi. Prezident Sarkozinin də təsdiq etdiyi qanunu ölkənin Konstitusiya Şurası konstitusiya ilə ziddiyyət təşkil etdiyi və söz azadlığını pozduğu üçün ləğv etdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR