Bank Of Baku

Lex Kaçinskinin qəzaya uğramış təyyarəsinin uçuş icazəsi olmayıb

Lex Kaçinskinin qəzaya uğramış təyyarəsinin uçuş icazəsi olmayıb
# 09 mart 2012 13:14 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Ali Nəzarət Palatasının Seymə təqdim etdiyi 70 səhifəlik hesabatda bildirilir.

Hesabatda L. Kaçinski və daha 95 nəfərin ölümünə səbəb olmuş qəza ilə bağlı müxtəlif dövlət idarələrinin fəaliyyəti təhlil edilib. Müəlliflərin fikrincə, bütün prosedurlara əməl olunsaydı, Smolensk aeroportunun vəziyyəti yoxlanıldıqdan sonra prezident bu şəhərə yaxınlıqdakı hava limanlarının birindən helikopterlə aparılardı. Ekspertlər hesab edir ki, ölkə rəhbərliyinin uçuşlarına məsul olan dövlət orqanları fəaliyyətlərini əlaqələndirməyiblər.

Hesabat Seymdə müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR