Bank Of Baku

Avropa Birliyi XİN başçıları Suriyaya hərbi müdaxilənin əleyhinədirlər

Avropa Birliyi XİN başçıları Suriyaya hərbi müdaxilənin əleyhinədirlər
# 09 mart 2012 21:43 (UTC +04:00)
Bakı-APA. Suriyanın daxili işlərinə əcnəbi silahlı müdaxiləsi yolverilməzdir. Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu fikirdədirlər.

Almaniya XİN başçısı Gido Vestervelle Suriyaya hücumun səmərəsiz olacağını bildirib. Onun fikrincə, hərbi müdaxilə bölgə və dünya üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.

Lüksemburq xarici işlər naziri Jan Asselborn müdaxilə nəticəsində qurbanların on minlərlə olacağını bildirib.

Daha öncə Fransa xarici işlər naziri Alen Jüppe də analoji bəyanatla çıxış etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR